İnternetin faydası və zərəri.

   İnternetin biz insanların- xüsusilə də məktəblilərin və azyaşlı uşaqların  həyatında faydalı və zərərli tərəflərini qeyd etmək istərdik. Faydalı tərəfi ondan ibarətdir ki, biz- məktəblilər internet vasitəsilə kifayət qədər  sürətli məlumat almaq imkanına malikik.Tədris zaman bir cox fənlərdən  bizə verilən tapşırıqları internetdən aldığımız məlumatlarla daha keyfiyyətli və səmərəli yerinə yetirə bilirik. İnternetdən istifadə bizim dünyagörüşümüzün və savadımızın artmasına səbəb olur.Məsələn,dilini öyrəndiyimiz xarici dövlətin tarixi və mədəniyyəti haqqında daha geniş məlumat əldə edə bilirik.Bizi maraqlandıran suallara internetdə  cavab tapmaq  fantaziyamızın və təfəkkürümüzün inkişafına müsbət təsir göstərir.Bütün bunlar isə ümumilikdə bütün məktəblilərin hərtərəfli inkişafına xidmət göstərir. 
   Bütün bunlarla yanaşı internetdən istifadənin zərərli tərəflərini də qeyd etmək lazımdır. Bəzi həmyaşıdlarımızın həddindən artıq kompüter qaşısında əyləşib internetlə məşğul olması onlarda asılılıq əmələ gətirir.Bu isə onların səhhətinə ciddi zərər vurur.Belə ki uşaqlarda görmə qabiliyyəti zəifləyir,onurğa sütunu düzgün inkişaf etmir,yuxu pozğunluğuna və narahatçılığa gətirib çıxarır.Həssas uşaqlarda döyüş və ölüm səhnələri ilə bol olan emosional kompüter oyunları əsəbilik,aqressivlik,zorakılıq vəs.kimi mənfi xüsusiyyətlərin meydana gəlməsinə səbəb olur.Onları dərslərindən yayındırır.
   Bütün bunların qarşısını almaqda valideynlərin rolu böyükdür.Onlar bu cür uşaqlaqda texniki vasitələrə yanlış yanaşmanın qarşısını kiçik yaşlardan almalıdırlar.D.Mendeleyevin gözəl kəlamını qeyd etməklə bütün həmyaşıdlarımızı elmin bizə bəxş etdiyi bu gözəl fürsətdən ,yəni  İnternetdən düzgün,yerində və ölçüsündə istifadə etməyi tövsiyə edirik.


  
                       "Həyatda ziyanlı heç bir şey yoxdur,ziyanlı həcm var"
                                                                                                  D.Mendeleyev.

Комментариев нет:

Отправить комментарий