Texnoloji yeniliklər

                     Bizi hansı texnoloji yeniliklər gözləyir?

  50 il bundan əvvəl insanlar bu gün bizim istifadə etdiyimiz texnologiyalar haqqında yalnız xəyal edə bilərlərmiş. Məsələn,mobil telefon,dünyanın ayrı-ayrı yerlərində bizi yaxınlaşdıran internet və s. Bəs 50 il sonra insanları hansı yeniliklər gözləyir?

Danışan axtarış motoru meydana gələcək ki,internetdə hər hansı axtarışı aparmaq üçün uca səslə demək kifayət edəcək və axtarışa start veriləcək.Normal axtarış saytlarından fərqli olaraq inkişaf etmiş axtarış motoru insandan məhz nəyi axtardığını soruşacaq.

Ekologiyanın təmizliyinə xidmət edən hidrogen hibrid tipli yanacaqla işləyən avtomobillər meydana gələcək.

50 il sonra kosmosa gediş-gəliş o qədər asanlaşacaq ki,insanlar hər hansı bayramı və ya tətillərini keçirmək üçün kosmik turlara qatılacaqlar.

Xüsusi texnoloji minik vasitələri ilə dənizin dibinə səyahət etmək mümkün olacaq.

Ev telefonu əvəzinə səsli internet protokolu yaradılacaq ki,insanlar yalnız internet vasitəsilə danışacaqlar.

Avtomatik sürücüsü olan avtomobillər meydana gələcək.

Televizor,kompüter,lampa,tozsoran və s. kimi gündəlik istifadə etdiyimiz  elektrik alətləri enerji yığan batareyalarla işləyəcək.

 İnsanlar Aya qonaq gedə biləcək.


Комментариев нет:

Отправить комментарий