понедельник, 16 марта 2015 г.

Internet

Bu gün həyatımızın əvəzolunmazına çevrilmış internet necə yarandı?


İnternet bir neçə kompüterlər sisteminin bir-birinə bağlı olduğu,dünya səviyyəsində yayımlanan və daimi inkişaf edən əlaqə şəbəkəsidir."İnternet" ingilis sözü olub ümumi mənada "qlobal şəbəkədə birləşdirilmiş kompüterlər məcmusu" deməkdir və bütün dünyada milyonlarla kompüter,proqram,informasiya bazaları və əlbəttə ki,insanlar arasında əlaqə yaradan şəbəkələrdən ibarət şəbəkədir.Uzun illər davam edən gərgin əmək və çoxlu tədqiqatlardan sonra 29 oktyabr 1969-cu ildə Koliforniya Universitetindəki laboratoriyaların birində alimlər 2 kompüteri vahid sistemdə birləşdirə bildilər.Bu tarix internetin bütün dünyada yaranması tarixi hesab olunur.Müxtəlif obyektlərdə olan kompüterləri vahid şəbəkədə birləşdirən sistemin ilk adı ARPANET olmuşdur.ARPANETin əsas qurucuları Robert Ken və Vindon Serf hesab olunurlar.İnternetin qloballaşması 1988-1989-cu illərə təsadüf edir."İnternet"sözü ilk dəfə 1990-cı ildə istifadə olunmağa başlayıb.Azərbaycanda isə 1995-ci ildən istifadə olunur.